AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qazax qəhrəmanlıq dastanlarındakı gözəlləşdirmələrin rolu” kitabı çap olunub
Apr 16, 2025 | 10:12 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə Türkiyədə “Qazax qəhrəmanlıq dastanlarındakı gözəlləşdirmələrin rolu” kitabı nəşr edilib.

Kitabın müəllifləri Bakyt Manatqızı Aitbayeva və Sevil Piriyeva Karamandır.

Kitabın elmi redaktoru Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və araşdırmaçı-tarixçi Ali Akdır. Kitabın rəyçiləri və Ön söz yazanları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ağahüseyn Şükürov, Aygün Bağırlı, E.A.Böketov Karağanda Univesitetinin əməkdaşları professorlar Berik Serikbayulı və Muhammedkali İliyasulı Abduovdur.

125 səhifəlik kitab “Astana yayınları” nəşriyyatında çap olunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023