AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Qazaxıstanda Əl-Fərabinin 1155 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Apr 14, 2025 | 17:46 Konfranslar, iclaslar

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, UNESCO-da Azərbaycan təmsilçisi, ekspert və layihə koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva 7 aprel Türk Mədəniyyəti İrsi Fondunun  və Qazaxıstanın Əl-Fərabi Qazax Milli Universitetinin təşkilatçılığı ilə Almatıda keçirilən konfransda iştirak edib.

Dilçi alim Mahmud Kaşğarinin "Divanı luğət-it türk" əsərinin görkəmli türkoloq Xalid Səid Xocayevə məxsus əlyazmasının 86 il sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda tapılması, əlyazmanın unikallığı, həmçinin bu tarixi hadisənin təbliğinə çərçivəsində keçirilən tədbirlər haqqında məruzə etmişdir. Çıxış zamanı Xalid Səid Xocayevin ailə albomundan fotolar, arxiv materialları, Bakı, Nyu-York və Parisdə keçirilmiş konfranslardan fotolar nümayiş olunmuşdur.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023