AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əhdi Bağdadinin “Gülşən-i şü’əra” əsəri nəşr olunub
May 02, 2024 | 09:56 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyevanın transfoneliterasiya edərək nəşrə hazırladığı “Əhdi Bağdadi. Gülşən-i şü’əra” əsəri ayrıca kitab halında işıq üzü görüb.

T.Əliyeva kitaba geniş “Ön söz” yazmış, izahlar və tərcümələr əlavə etmişdir.

Əhməd Əhdi bin Şəmsi Bağdadinin h.971-ci ildə (m.1563-1564) yazdığı, sonralar də müəyyən əlavələr etdiyi “Gülşən-i şü’əra” təzkirəsində Azərbaycan, Türkiyə, Özbəkistan, İran, İraq, Misir, Suriya və s. ölkələrdə yaşayan cəmiyyətin müxtəlif təbəqələrinə məxsus şəxslər və şairlər haqqında başqa mənbələrdə olmayan dəyərli məlumatlar və şeirlərindən nümunələr verilmişdir. Təzkirə müqəddimə, dörd rövzə (hissə) və xatimədən ibarətdir.

Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi fil.e.d., professor Azadə Musabəyli, elmi redaktorları fil.ü.f.d., dosent Əkrəm Bağırov və tərcüməçi əlyazmaşünas Arif Ramazanovdur.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023