AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
May 02, 2024 | 09:55 Konfranslar, iclaslar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Rusiyada keçirilən VII beynəlxalq restavrasiya və innovasiya seminarında iştirak ediblər.

Moskva şəhəri Rusiya Dövlət Kitabxanasında baş tutmuş seminarın praktiki məşğələsində Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Master Klass” təlimi keçərək bir qrup xarici ölkə bərpaçılarını Azərbaycan mədəniyyətinə aid xəttatların xətt nümunələrini özündə əks etdirən albom – mürəqqa və xəttatlara məxsus qələm qabı – quburun hazırlanma metodu ilə tanış edib. Həmin şöbənin mütəxəssisi Şəhla Ramiz isə seminarın plenar iclasında çıxış edərək, “Əlyazmaların mühafizəsi və bərpası” mövzusunda məruzə edib. Mütəxəssisin məhsuldar çıxışı iştirakçıların marağına səbəb olub, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq seminar Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Avrasiya Kitabxana Assambleyası və Rusiya Dövlət Kitabxanasının birgə təşkilatçılığı ilə həyata keçirilib. 

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023