AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qarabağ tarixi əski çap kitablarında” kataloqu işıq üzü görüb
Apr 04, 2024 | 11:35 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Qarabağ tarixi əski çap kitablarında” izahlı kataloqu nəşr olunub.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış bu kataloqun tərtibçisi tarix elmləri doktoru professor Tahirə Həsənzadə, redaktoru tarix üzrə fəlsəfə doktoru dosent Cavid Cəfərovdur.

Kitaba Qarabağ tarixini əks etdirən Azərbaycan, türk, rus, fars dillərində 70-dən artıq əsərin biblioqrafik təsviri və tematik tədqiqat nəticəsində Qarabağ tarixi ilə bağlı müəyyənləşdirilmiş müvafiq parçalar daxil edilib. Kataloqa professor Tahirə Həsənzadə və dosent Cavid Cəfərov geniş “Ön söz” də yazıblar.

Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi institutun direktoru akademik Teymur Kərimlidir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023