AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Epos qəhrəmanlarında qeyri-səlislik” adlı kitab nəşr olunub
Apr 06, 2024 | 13:25 Yeni nəşrlər

AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanovun “Epos qəhrəmanlarında qeyri-səlislik” kitabı çapdan çıxıb. 

Kitabda “Dədə Qorqud” və “Koroğlu” eposları qeyri-səlis məntiq baxımından araşdırmaya cəlb olunub, həmçinin qeyri-səlis məntiq çoxluqları kontekstində epik şeir və epos, roman və epos səsləşmələrinə də müəyyən qədər diqqət yetirilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru akademik Kamal Abdulla, rəyçisi isə AMEA-nın müxbir üzvü Rafiq Əliyevdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023