AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan memarlığında Naxçıvan abidələri” mövzusunda respublika elmi konfransı keçiriləcək
Mar 12, 2024 | 20:00 Elanlar

Martın 15-də AMEA-nın Əsas binasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş “Azərbaycan memarlığında Naxçıvan abidələri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir AMEA Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda “Əcəmi Naxçıvani yaradıcılığının dünya memarlığına təsiri”, “Naxçıvan abidələrinin ölkədaxili və xarici analoqları”, “Naxçıvanın hidrotexniki tikililəri”, “Naxçıvanın şəhərsalma irsi”, “Müasir zərgərlik sənətində Naxçıvanın ornamentləri” və digər mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023