May 22, 2026 | 16:40 Yeni nəşrlər
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini əks etdirən sənədlər toplusu işıq üzü görüb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabının əsasında hazırlanıb.
“Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” adlı nəşr qədim materiallar əsasında ilk dəfə olaraq təkcə Türk dünyası üçün deyil, həm də Azərbaycan elmi ictimaiyyəti üçün əvəzsiz mənbə hesab olunur.
Sözügedən nəşr Astana, Beynəlxalq Türk Akademiyası tərəfindən çap olunub və 496 səhifədən ibarətdir.
Nəşrin layihə rəhbəri akademik Şahin Mustafayev, layihə koordinatoru isə doktor-PhD Aynur Məmmədovadır. Sənədlərin tərtibçisi professor Nadir Məmmədli, türk dilinə tərcüməsini doktor-PhD Əlmira Kəlzənov, mətni hazırlayan isə doktor-PhD Cazıra Sayın olmuşdur. Redaktoru k. fıl. n. Timur Kozırevdir.
Kitabda 1926-cı il qurultayının arxiv sənədləri, protokolları və rəsmi məruzələri təqdim olunur. Nəşr tədqiqatçılara və oxuculara ilk Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini dərindən anlamağa imkan verir.
Nəşrdə türk dilçiliyi, mədəniyyəti və etnoqrafiyası ilə bağlı 1926-cı il qurultayının arxiv sənədləri, protokolları və rəsmi məruzələri Azərbaycan, rus və türk dillərində təqdim olunur. Nəşr tədqiqatçılara və oxuculara ilk Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini dərindən anlamağa imkan verir.
Təqdimat mərasimində çıxış edən elm xadimləri vurğulayıblar ki, bu cür nəşrlər milli kimliyimizin formalaşmasında, türkoloji elmlərin inkişafında mühüm rol oynayır və Azərbaycan elmi irsinin qorunub saxlanmasına töhfə verir.
www.science.gov.az


