Jan 19, 2026 | 14:59 Konfranslar, iclaslar
AMEA Nəsimi adına Dilçilik İnstitutunda ölkəmizin müstəqillik uğrunda mübarizədə üzləşdiyi, alnıaçıq, üzüağ çıxdığı ən ağır hadisələrdən biri olan 20 Yanvar faciəsinin anım tədbiri təşkil olunub.
Tədbir Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İnstitutun direktoru professor Nadir Məmmədli çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və respublikanın digər bölgələrində törətdiyi qanlı hadisələrin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ağır cinayət və insanlığa qarşı yönəlmiş terror aktı olduğunu vurğulayıb. O bildirib ki, həmin faciə xalqımızın azadlıq iradəsini sındırmaq məqsədi daşısa da, əksinə, milli oyanışın və müstəqillik ideyasının daha güclənməsinə səbəb oldu. Bu gün şəhidlərimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, filologiya elmləri doktoru Qətibə Quliyeva, filologiya elmləri doktoru Elçin İsmayılov və digər institut əməkdaşları 20 Yanvar faciəsinin xalqımızın yaddaşında əbədi həkk olunduğu, həmin gecə günahsız insanların həyatını itirdiyi, lakin onların qanının yerdə qalmadığı qeyd edilib. Şəhidləin xatirəsinin gənc nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az


