AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Jan 21, 2026 | 11:26 Mühüm hadisələr

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 36-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, GAMŞ-ın üzvləri və məktəblilər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institutun direktor müavini Mehman Həsənli açaraq 20 Yanvar faciəsinin mahiyyəti, səbəbləri və nəticələri haqqında məlumat verib. Məktəblilərin Akademiyada keçirilən tədbirə qatılmasını tarixi varisliyin davamı kimi səciyyələndirib.

Bakı şəhəri Nizami rayon 70 saylı məktəbin rus dili müəllimi İlhamə xanım tədbirin məktəblilərlə birgə keçirilməsinə görə minnətdarlığını ifadə edib.

Daha sonra Nizami rayon 70 saylı məktəbin beş, altı və yeddinci sinif şagirdlərinin hazırladığı şeir kompozisiyaları və faciə haqqında məlumatlar maraqla qarşılanıb.

İnstitutun baş mütəxəssisi, şair İbrahim Yusifoğlu mövzu ilə bağlı xatirələrini bölüşüb, şeirlərini səsləndirib.

Sonda instituta məxsus nəşrlər məktəbə hədiyyə edilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023