AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunun əməkdaşı Şimali Kipr Türk Respublikasında keçirilən simpoziuma qatılıb
Dec 11, 2025 | 15:50 Görüşlər

Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetində Beynəlxalq X Rumi simpoziumu keçirilib. Simpozium Lefkoşa Yaxın Şərq Universiteti, Rumi Araşdırmalar Mərkəzi, Xəzər Unviversiteti, Xəzər Unviversiteti nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu (MƏFAİ), Türk Turizm Mərkəzi və “Pənah” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

“Mövlana baxış bucağından sülh və uzlaşma” mövzusuna həsr olunan bu  simpoziuma dünyanın 12 ölkəsindən elm insanları qatılıb. Azərbaycan, Türkiyə, İran, Rusiya, Oman, Misir, Avstraliya, İngiltərə, Özbəkistan, Hindistan və s. ölkələrdən gələn alimlər məruzə ilə çıxış ediblər.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Xuraman Hümmətova “Şeyx Qalib divanında Həzrəti Mövlana və mövləvilərin vəsfi” adlı məqalə ilə həmin tədbirdə iştirak edib. Mövlana təriqətinə bağlı olan sənətkarların divanda vəsfi və onların mövləvilərin həyatında oynadıqları rol məqalədə səsləndirilib. Qalibin Şəms Təbrizi, Sultan Vələd, Əsrara Dədə, Ankaravi, Sakib Dədə, III Sultan Səlim və başqa mövləvi təriqət tərəfdaşlarına həsr etdiyi qəzəllərində onların göstərdiyi xidmətlərə də aydınlıq gətirilib.

Açılış panelində professor Adnana Karaismayıloğlu, Nuru Şimşək, Nimət İldrım və Mövlananın  23 nəsil nəvəsindən gələn Esin Çələbi Mövlana irsinin tarixi inkişafı, poetik sistemi, onun irsinin  sufi ənənələrinə təsiri  mövzusunda məruzələr ediblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023