AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Vu Thuy Trang: “AMEA biz Vyetnamdan olan alimlər üçün məşhur və nüfuzlu Akademiyadır”
Nov 18, 2025 | 16:33 Müsahibələr, çıxışlar

Akademiya elm öyrənməyin simvoludur və bizim üçün çox şərəfli və fəxrdir ki, biz Azərbaycan Milli Elmlər Akademiyasını məhz belə əlamətdar dövrdə, 80 illik yubileyində ziyarət etmişik.

Bu sözləri AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizə səfər etmiş Vyetnam Sosial Elmlər Akademiyasının Avropa və Amerika Araşdırmaları İnstitutunun Rusiya və MDB Tədqiqatları Mərkəzinin direktoru PhD Vu Thuy Trang deyib.

“Azərbaycan Milli Elmlər Akademiyası biz Vyetnamdan olan alimlər üçün məşhur və nüfuzlu Akademiyadır. Bu yubiley yığıncağı Vyetnam İctimai Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında ilk sıx əlaqəmizi qurmaq və münasibətləri möhkəmləndirmək üçün çox əlamətdar oldu”, - deyə o vurğulayıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023