AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb
Nov 20, 2025 | 13:38 Yeni nəşrlər

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Азербайджанская постмодернистская литература” (“Azərbaycan postmodern ədəbiyyatı”) monoqrafiyası  işıq üzü görüb.

Müəllifin sayca 6-cı, rus dilində isə ilk monoqrafiyası olan kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya elmləri doktoru, professor  Rəhilə Qeybullayevadır.

Müasir Azərbaycan ədəbiyyatının postmodernist kontekstinə həsr edilən kitab müstəqillik dövrü ədəbiyyatımızda postmodernist poetikanın təzahürlərinin sistemli şəkildə tədqiqini təqdim edən ilk monoqrafik araşdırmadır. Monoqrafiyanın ön söz müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postnodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və nəticə hissələrindən ibarət olan araşdırmada postmdoernizm cərəyanı bütün aspektləri ilə araşdırılmış və bu cərəyanın Azərbaycan ədəbiyyatında mövqeyi müəyyənləşdirilmişdir.

“Mütərcim” nəşriyyatında çap olunan monoqrafiya 288  səhifədən ibarətdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023