Oct 17, 2025 | 15:10 Yeni nəşrlər
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçiləri Aysel Acalova və Gülər Əsədullayevanın tərtib edib nəşrə hazırladıqları “Mirzə Xosrov Şaiq Axundzadə. XIX əsrdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər” kitabı çap olunub.
Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, redaktoru fil.ü.f.d, dosent Lamiyə Rəhimova, rəyçiləri tarix ü.f.d., dosent Aynur Hacıqədirli və fil.ü.f.d., dosent Aybəniz Rəhimovadır.
Kitab XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - pedaqoq, şair, tarixçi Mirzə Xosrov Şaiq Axundzadənin “XIX əsrdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər” əsəri əsasında nəşrə hazırlanmışdır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda S-944/9897 şifri altında saxlanılan bu əsər transfoneliterasiya edilmiş, elmi-paleoqrafik təsviri verilmiş, əsər tarix, ədəbiyyat, dil, incəsənət və memarlıq baxımından nümunələr əsasında dəyərləndirilmişdir.
Qeyd edək ki, kitabın nəşri zamanı istifadə olunan fotoşəkillər Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədlinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rövşən Bayramovun və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin diqqət və dəstəyi ilə əldə edilib.
www.science.gov.az


