“Sələflər və xələflər” respublika elmi konfransının materialları işıq üzü görüb
Sep 05, 2025 | 15:14 Yeni nəşrlər
Sep 05, 2025 | 15:14 Yeni nəşrlər
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, institutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının materialları çap olunaraq elektron versiyada geniş ictimaiyyətin istifadəsinə verilib.
Konfransa məqalələr 8 bölmə üzrə qəbul olunmuşdur:
1. Azərbaycan dilçiliyi;
2. Dil və üslub məsələləri;
3. Ədəbi dil məsələləri;
4. Türkologiyanın aktual problemləri;
5. Terminologiya və onomastika məsələləri;
6. Nəzəri və tətbiqi dilçilik;
7. Müqayisəli tipoloji dilçilik;
8. Hind-Avropa dilləri.
www.science.gov.


