AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Aug 26, 2025 | 15:58 Mühüm hadisələr

Hörmətli Mehriban xanım

Sizi - Azərbaycan Respublikasının Birinci vitse-prezidentini və Birinci xanımını Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və çoxminli kollektivi adından doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədaqətli silahdaşı olaraq ölkəmizdə müstəqil dövlətçiliyin, siyasi-ideoloji həmrəyliyin və bütövlüyün, milli mənəvi dəyərlərin daha da inkişaf etdirilməsinə böyük töhfələr bəxş edirsiniz.

Sizin yeni tarixi epoxada Azərbaycanın müstəqil dövlət kimi daha böyük hədəflərə doğru inkişaf etdirilməsi sahəsində göstərdiyiniz böyük təşəbbüslər və davam etdirməkdə olduğunuz böyük dəstək yüksək qiymətə və xüsusi əhəmiyyətə malikdir.

Sizə möhkəm ailə səadəti, cansağlığı və çoxcəhətli fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Doğum gününüz mübarək olsun!

Dərin hörmətlə,

İsa Həbibbəyli

AMEA-nın prezidenti, akademik

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023