AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunun dissertantı Beynəlxalq Paris Konqresində iştirak edib
Aug 07, 2025 | 12:03 Mühüm hadisələr

Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Paris Konqresində AMEA-nın Dilçilik İnstitutunun dissertantı Nigar Sadıqova elmi məruzə edib.

Məruzəçi “Challenges and Perspectives of Creating a National Terminological System for the Peaceful Uses of Nuclear Technologies” (“Nüvə texnologiyalarının dinc məqsədlərlə istifadəsi üçün milli terminoloji sistemin yaradılmasının çətinlikləri və perspektivləri”) mövzusunda təqdimatını iştirakçıların diqqətini çatdırıb. O, nüvə texnologiyaları sahəsində milli terminoloji bazanın formalaşdırılmasının əhəmiyyətini, mövcud problemləri və onların həlli yollarını elmi əsaslarla izah edib, xüsuslə terminoloji sistemin beynəlxalq standartlara uyğunlaşdırılması, çoxdilli terminoloji resursların yaradılması və mütəxəssislərin peşəkar səviyyədə hazırlanmasının vacibliyini vurğulayıb.

Nigar Sadıqova çıxışında, həmçinin nüvə texnologiyalarının sülh məqsədli tətbiqlərində dil və terminoloji dəqiqliyin təhlükəsizlik və effektivlik baxımından mühüm rol oynadığı qeyd edilib. Dissertant bu sahədə aparılan beynəlxalq təcrübələri təqdim edərək, Azərbaycanın milli elmi-tədris mühitində terminoloji sistemin inkişafı üçün strateji istiqamətləri təklif edib.

Sözügedən məruzə konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq elmi mühitdə fəal iştirakının göstəricisi kimi dəyərləndirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023