Jul 24, 2025 | 17:00 Mühüm hadisələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı imzaladığı Sərəncam, ilk növbədə, gənc nəslə diqqətin növbəti təzahürüdür. Daha sonra isə maarifçi şüurun, ali təhsilin inkişafına verilən önəmin göstəricisidir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Onun sözlərinə görə, bu Sərəncam gənclərin elmi fəaliyyətə və təhsilə marağını artırmaqla yanaşı, onların sosial rifahını da yaxşılaşdırmağa xidmət edir. Əslində, dövlətin bu istiqamətdə atdığı hər bir addım gələcəyin savadlı və təşəbbüskar insan kapitalının formalaşmasına töhfə verməyə hesablanıb. Gənclərin təhsilə və elmə marağının artırılmasında, intellektual bazanın güclənməsində bu addımlar xüsusi stimul qaynağına çevrilir.
“Eyni zamanda, ən vacib detallardan olan bir məsələni də vurğulamaq lazımdır. Xarici ölkələrə beyin axınının qarşısını almaq və yerli elmi potensialın qorunması, gənclərin ölkə daxilində inkişafının stimullaşması baxımından da dövlətimizin başçısının Sərəncamı dəyərlidir və hər zaman olduğu kimi, nəcib bir missiya daşıyıcısıdır”,- deyə deputat fikrini yekunlaşdırıb.


