AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı dosent Yeganə Əliyevanın məqaləsi işıq üzü görüb
Jul 28, 2025 | 10:12 Yeni nəşrlər

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın  “Müasir Şərqin mədəniyyətlərarası dialoq modellərinin alternativliyi və  kulturoloji təfəkkürünün paritetliliyi” adlı elmi məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə olunan dərgilər siyahısında yer alan, İndex Citation   “Musiqi dünyası” Beynəlxalq Elmi Musiqi Jurnalının Vol.27, №2(103), 2025-ci il buraxılışında dərc olunub (DOİ: https://doi.org/10.5281/zenodo.16052049).

Tədqiqatın məqsədi XXI əsrdə mədəni dəyərlərin qlobal transformasiyası fonunda makroregionlar, o cümlədən Azərbaycan daxil olmaqla Türk dünyası üzrə Şərq intellektuallarının kulturoloji refleksiya meqatendensiyalarının icmal şərhini verməklə,  Şərqin təklif etdiyi qlobal mədəni dialoq modellərinin Qərbin kulturoloji təfəkkürünə nisbətdə  alternativ və  paritet olduğunu müəyyən etməkdir.

Məqalədə ilk dəfə olaraq Şərqin mədəniyyətlərarası dialoq modelinin alternativliyi və kulturoloji təfəkkürünün paritetliliyi nəzəri konsept kimi təqdim olunur. Tədqiqatın nəzəri əhəmiyyəti kulturogiya elmi bilik sahəsinə yeni anlayışlar aparatının zənginləşdirilməsinə xidmət edir. Tədqiqatın praktiki əhəmiyyəti mədəniyyət tarixi və nəzəriyyəsi, xüsusilə də Şərq sivilizasiyaların bədii mədəniyyətinin tədrisinə həsr olunan mühazirələrdə istifadə oluna bilər. Bundan başqa, humanitar siyasətin, mədəniyyətlərarası layihə və  dialoq platformalarının hazırlanmasında tətbiq edilə bilər.

Məqalə  ilə “Musiqi dünyası” jurnalının  və AMEA Mərkəzi Elmi Kitabxanasının saytında  tanış ola bilərsiniz.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023