AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Gənc alim və tədqiqatçıların yay düşərgəsi keçiriləcək
Jul 31, 2025 | 14:16 Elanlar

21-26 avqust 2025-ci il tarixlərində AR Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçıların yay düşərgəsi keçiriləcək.

Yay düşərgəsində yaşı 35-ə qədər olan gənc alim və tədqiqatçılar, eləcə də doktorant və magistrantlar iştirak edə bilər.  Yay düşərgəsi “Milli dəyərlərlə rəqəmsal gələcəyə” şüarı ilə təşkil olunacaq.

Düşərgəyə buradan qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat 5 avqusta qədər davam edəcəkdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023