AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün təlimlər keçirilib
Jun 25, 2025 | 15:11 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı və ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) birgə təşkilatçılığı ilə 24-25 iyun 2025-ci il tarixlərində “Süni zəka əsasları” və “Ünsiyyət bacarığı: Kouçvari yanaşma” mövzularında təlimlər keçirilib.

Təlimlərdə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin, AMEA-nın elmi müəssisə və təşkilatlarının Elektron xidmətlər və İctimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları, gənc alim və mütəxəssislər şuralarının üzvləri iştirak edib, eləcə də AMEA-nın regional elmi bölmə və mərkəzləri də “Zoom” vasitəsilə onlayn qoşulublar.

İnteraktiv təlimdə müasir texnologiyaların elmi tədqiqatlarda tətbiqi, süni zəka alətlərindən istifadə məsələləri müzakirə edilib. Təlimçi Nofəl Əliyev ən çox istifadə edilən süni zəka alətlərinin praktiki istifadə yollarını əyani nümayiş etdirib.

Təlimçi Aytən Qocayeva yumşaq bacarıqlardan, emosional zəkanın iş həyatına təsirindən danışıb, ünsiyyət bacarığının insanın həyatında vacibliyindən söz açıb. Təlim zamanı iştirakçıların emosional zəkası test vasitəsilə müəyyən edilib, gərgin situasiyalarda insanın iş həyatına bu amillərin təsirinin azaldılması yolları müzakirə edilib, suallar cavablandırılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023